Zöhr namazını qılmadan əsr namazını qılmaq olarmı?

/ Çərşənbə axşamı, 20 Oktyabr 2020 13:39
Zöhr namazını qılmadan əsr namazını qılmaq olarmı?

Oxucu sual verir: Zöhr namazını qılmadan əsr namazını qılmaq olarmı?

Gündəlik namazların qılınma ardıcıllığında bəzi qaydalar vardır. Bu qaydalara mütləq riayət etmək lazımdır. Belə ki, əsr namazını yalnız zöhr namazını qıldıqdan sonra qılmaq icazəlidir. Əgər insan bir günün zöhr namazını qılmayıbsa, əsr namazını qıla bilməz. Bu qayda həm əda, həm də qəza namazlarına aiddir. Yəni insan hər hansı səbəb üzündən eyni günün zöhr və əsr namazlarını vaxtında qılmamışsa, qəza edərkən əvvəlcə zöhr, sonra əsr namazını qılmalıdır. Diqqət yetirin ki, bu qayda eyni günün zöhr və əsr namazlarına aiddir.

Bir halda istisna vardır. O da bundan ibarətdir ki, insan hər hansı səbəb üzündən zöhr namazını vaxtında qıla bilməmişsə, məğrib azanına cəmi 5 rükət namaza bəs edəcək vaxtdan da az fürsət qalıbsa, bu halda əsr namazını əda niyyətilə qılmalı, daha sonra (yəni məğrib azanından sonra) zöhr namazını qəza etməlidir. Amma məğribə 5 rükətlik vaxt qalıbsa, zöhr namazını, ardınsa əsr namazını qılmalıdır. Bu halda əsr namazının ilk rükətinin məğrib azanından qabaq tamamlanması kifayət edər, o biri rükətlər məğrib azanından sonraya da düşsə, eybi yoxdur. 

 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.