İnsanı bəzi heyvanlara bənzətmək günahdırmı?

/ Çərşənbə, 21 Oktyabr 2020 12:22
İnsanı bəzi heyvanlara bənzətmək günahdırmı?

Oxucu sual verir: İnsanı bəzi heyvanlara bənzətmək günahdırmı? Bunu insana qarşı təhqir hesab etmək olarmı?

Bu məsələdə mühüm olan insanın niyyətidir. Əgər başqasını təhqir etmək, aşağılamaq, məsxərəyə qoymaq üçün onu heyvana bənzətsələr, bu hərəkət günah olar. Çünki dinimiz heç kəsi həddindən artıq əskiltməyi, məsxərəyə qoymağı bəyənmir. İnsanlara təhqiramiz ləqəblər qoşmaq da günahdır. Məlumdur ki, təhqiramiz ləqəblərin bir qismi heyvan adları ilə bağlıdır.

Amma əgər bir şəxsi tərifləmək, hər hansı bacarığını vəsf etmək məqsədi ilə onu insanların gözündə mənfi sayılmayan heyvana bənzətsələr, bunun eybi yoxdur. Məsələn, “şir kimi cəsurdur”, “gözləri şahin kimi itidir”, “qarışqa kimi zəhmətkeşdir”, “bülbül kimi cəhcəh vurur”, “pişik kimi əzizlənməyi xoşlayır” ifadələrini işlətmək günah deyil. İslam tarixindən məlumdur ki, İmam Əlinin (ə) ləqəblərindən biri “Əsədullah”, yəni “Allahın aslanı” olmuşdur. Eləcə də, müqəddəs şəxslərə aslan adını bildirən “Heydər”, “Qəzənfər” ləqəbləri qoşulmuşdur. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.