Kişinin saçına rəng qoyması dini baxımdan icazəlidirmi?

/ Cümə axşamı, 22 Oktyabr 2020 11:38
Kişinin saçına rəng qoyması dini baxımdan icazəlidirmi?

Oxucu sual verir: Kişinin saçına rəng qoyması dini baxımdan icazəlidirmi?

Elə əməllər var ki, dinimiz onlar haqqında dəqiq hökm vermir, bunu cəmiyyətin düşüncəsinə, adət-ənənəyə buraxır (dində buna “ürf” deyirlər). Kişinin saqqalına rəng (həna, xna) qoyması keçmişdə bəyənilən əməl olmuşdur, istər müqəddəslərimiz, istərsə də sıravi dindarlarımız buna əməl etmişlər. Saçı rəngləməyə gəlincə, şəriətə görə bu, günah deyil. Hətta bəzi hədislərdə buyurulub ki, saçı və saqqalı rəngləmək sünnətdir. Keçmişdə saçlara da həna və ya qara rəngli maddələr sürtmək dəb idi. Bəzi hədislərə görə isə, İmam Əli (ə) nə saqqalını, nə də saçını boyamazdı. Bu məsələ hal-hazırda cəmiyyətin baxış tərzinə bağlıdır. Əgər cəmiyyətdə kişinin saçlarını rəngləməsi müsbət qarşılanmırsa və istehzaya səbəb olursa, bunu tərk etmək məsləhətdir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.