Teyyül-ərz nə deməkdir?

/ Bazar ertəsi, 26 Oktyabr 2020 10:58
Teyyül-ərz nə deməkdir?

Oxucu sual verir: Teyyül-ərz nə deməkdir?

Ərəb dilindən tərcümədə bu, yer (məsafə) qət etmək mənasını verir. Bəzi şəxslərin ilahi yardımla uzaq məsafələri qət edə bilmə bacarığı dini kitablarda bu cür adlandırılır. Teyyül-ərz metafizik (qeyb aləminə aid olan) bir hadisədir. Müqəddəs şəxslər - peyğəmbər və imamlar, eləcə də, bəzi övliyalar bu bacarığa sahib olmuşlar. Teyyül-ərz bacarığı iman və təqvada yüksək məqama nail olanlara qismət olan bir xüsusiyyətdir. Tarixdə Həzrət Əlinin (ə), digər imamların teyyül-ərz etmələri barədə məlumatlar vardır. Bəzi Allah dostlarının, böyük alimlərin də teyyül-ərz edə bilmələri söylənilir. Qeyd edək ki, insanın özünün uzaq məsafə qət etməsindən əlavə, uzaqda olan əşyaları və şəxsləri nəql (teleportasiya) etdirməsi də teyyül-ərz sayıla bilər. Belə ki, Qurani-Kərimdə buyurulduğu kimi, Həzrət Süleyman Peyğəmbərin (s) vəziri Asəf çox uzaq məsafədə yerləşən Səba şahzadəsi Bilqeysin taxtını onun özü ilə birlikdə bir göz qırpımında gətizdirməyə nail olmuşdu.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.