Azərbaycanda şiə məzhəbini yayan Şah İsmayıl olmuşdur?

/ Çərşənbə axşamı, 27 Oktyabr 2020 12:44
Azərbaycanda şiə məzhəbini yayan Şah İsmayıl olmuşdur?

Oxucu sual verir: Azərbaycanda şiə məzhəbini yayan Şah İsmayıl olmuşdur?

Azərbaycanda Şah İsmayıldan xeyli əvvəl də Əhli-beyt tərəfdarları yaşamışlar. Bunun sübutu ölkəmizdəki imamzadə ziyarətgahlarıdır. Əhli-beyt üzvləri Ərəbistandan buralara pənah gətirmiş, yerli sakinlərin qayğısı ilə əhatə olunmuş və vəfat etdikdən sonra bu torpaqlarda dəfn edilmişlər. Bibiheybət kimi məşhur ziyarətgahın mövcudluğu Azərbaycanda hələ VIII-IX əsrlərdə şiə məzhəbli insanların yaşadığını göstərir. Mümkündür ki, o zamanlar şiə məzhəbli sakinlər sayca üstünlük təşkil etməmiş və icma şəklində yaşamışlar. Daha sonralar da Azərbaycan ərazisində şiə məzhəbli şəxslərin yaşadığı barədə tarixi faktlar məlumdur. Əlbəttə, Şah İsmayıl Səfəvinin hakimiyyətə gəlməsi ilə şiə (cəfəri) məzhəbi bu bölgədə daha geniş yayıldı və möhkəmləndi. Əvvəllər əhalisinin əksəriyyəti əhli-sünnə olan ərazilərdə Səfəvilər zamanından başlayaraq şiələrin sayı artdı. Lakin bu yerlərə şiə məzhəbinin Şah İsmayıl tərəfindən gətirildiyini söyləmək səhvdir və qərəzli yanaşmadır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.