İnsan keçmişdə hər hansı əməli edib-etmədiyi barədə şübhəyə düşürsə, həqiqəti öyrənmək üçün istixarə edə bilərmi?

/ Cümə axşamı, 29 Oktyabr 2020 12:56
İnsan keçmişdə hər hansı əməli edib-etmədiyi barədə şübhəyə düşürsə, həqiqəti öyrənmək üçün istixarə edə bilərmi?

Oxucu sual verir: İnsan keçmişdə hər hansı əməli edib-etmədiyi barədə şübhəyə düşürsə, həqiqəti öyrənmək üçün istixarə edə bilərmi?

İstixarə gələcəkdə hər hansı hərəkətin hansı nəticə ilə, mənfi yoxsa müsbət sonluqla bitəcəyi barədə Allahdan xəbər istəmək üsuludur. Yəni istixarə vasitəsilə insan sanki Allahdan cavab istəyir ki, müəyyən əməli etsin ya yox, bu əməli etmək ona fayda gətirəcək ya ziyan. İstixarənin özünəməxsus qaydaları və şərtləri vardır, bunlar müvafiq məzmunlu kitablarda öz əksini tapıb. Keçmişdə olmuş hadisələr barədə istixarə edilməz. Əgər insan hər hansı mühüm əməli (məsələn, ona vacib olan ibadəti) edib-etmədiyini dəqiq bilmirsə və şəkkə düşürsə, gərək həmin vəziyyət barədə şəriətin göstərişinə əməl etsin. Məsələn, əgər namaz üçün dəstəmaz alıb-almadığını heç cür xatırlamırsa və aydınlaşdıra bilmirsə, dəstəmazsız sayılır və namaz qılmaq üçün dəstəmaz almalıdır. Digər hallar üçün də risaləyə müraciət etmək lazımdır. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.