Əhli-sünnə məzhəbində də hədislərə əsaslanan Quran təfsirləri mövcuddurmu?

/ Çərşənbə, 04 Noyabr 2020 11:30
Əhli-sünnə məzhəbində də hədislərə əsaslanan Quran təfsirləri mövcuddurmu?

Oxucu sual verir: Əhli-sünnə məzhəbində də hədislərə əsaslanan Quran təfsirləri mövcuddurmu?

Ümumiyyətlə, Quran təfsirində əqli (rasional) dəlillərə deyil, nəqli dəlillərə, yəni sünnəyə və hədislərə əsaslanmaq kifayət qədər geniş yayılmış bir metoddur. Buna “nəqli” və yaxud “mə’sur” təfsir deyilir (hər ikisinin mənası rəvayətlərə, hədislərə əsaslanan deməkdir). Nəqli təfsir metodu şiə məzhəbində daha geniş yayılmışdır. Xüsusilə, XVII-XVIII əsrlərdə əxbarilik cərəyanını güclü olduğu zamanlarda şiə alimləri yalnız hədislər vasitəsilə Quranı izah etmək metodundan geniş istifadə etmişlər. Əhli-sünnə məzhəbinə məxsus bəzi alimlər də, Quran ayələrini şərh edərkən öz rəylərinə əsaslanmağı lazım bilməmiş, hətta ayələri şəxsi rəy əsasında şərh etməyi düzgün saymamışlar. Sünni alimlərin nəqli (mə’sur) təfsirlərinə misal olaraq, Təbərinin, İbn Kəsirin, Süyutinin, Bəğəvinin, Sə’ləbinin, Səmərqəndinin, Səalibinin təfsirlərini misal göstərə bilərik. Bu əsərlərdə müəlliflər lüğət, kəlam, fiqh, əqaid mövzuları barədə öz qənaətlərini çox qısa formada işıqlandırmışlar. Hər hansı mövzu barədə hədislərə, səhabələrin və keçmiş alimlərin fikirlərinə üstünlük verilmişdir. Təfsir metodologiyasına həsr olunmuş araşdırmalarda bu kitablar nəqli təfsir kimi təqdim edilir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.