Südün içinə milçək və ya başqa cücü düşübsə, həmin südü içmək olar yoxsa murdar sayılır?

/ Cümə, 06 Noyabr 2020 11:10
Südün içinə milçək və ya başqa cücü düşübsə, həmin südü içmək olar yoxsa murdar sayılır?

Oxucu sual verir: Südün içinə milçək və ya başqa cücü düşübsə, həmin südü içmək olar yoxsa murdar sayılır?

Şəriətə görə, süd və bunun kimi digər mayelərin içinə murdar maddənin bir damcısı da düşsə, hamısını murdar edər. Bu zaman südün qazanda ya kiçik stəkanda olmasının fərqi yoxdur. Lakin bu qanun şəriət baxımından murdar olan maddələrə aiddir. Murdar (nəcis) sayılan maddələrin adı isə risalələrdə qeyd edilib. Milçək, ağcaqanad və sairə bu kimi cücülər şəriət baxımından murdar sayılmır. Diqqət edək ki, insanların gözündə natəmiz, çirkin sayılan maddələrlə şəriətin nəcis (murdar) saydığı maddələr fərqlidir. Milçək əlbəttə ki, natəmiz həşərat sayılır, xəstəlik yayır. Lakin milçəyin bədəninin nəcasətə bulaşması dəqiq deyilsə, südün içinə düşməsi südü murdar etməz. Arxayınlıq əldə etmək üçün milçəyi düşdüyü yerin ətrafındakı bir qədər südlə birlikdə (məsələn qaşıqda) götürmək daha yaxşıdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.