Arzusunun həyata keçdiyi üçün qurban kəsən, amma əti paylamayan, xörək bişirib qonaqlıq verən şəxs nəziri yerinə yetirmiş sayılarmı?

/ Çərşənbə axşamı, 10 Noyabr 2020 11:35
Arzusunun həyata keçdiyi üçün qurban kəsən, amma əti paylamayan, xörək bişirib qonaqlıq verən şəxs nəziri yerinə yetirmiş sayılarmı?

Oxucu sual verir: Arzusunun həyata keçdiyi üçün qurban kəsən, amma əti paylamayan, xörək bişirib qonaqlıq verən şəxs nəziri yerinə yetirmiş sayılarmı?

Hər şeydən əvvəl bunu qeyd edək ki, deyilən nəzirə mütləq əməl etmək lazımdır. Kimsə arzusunun həyata keçməsi münasibətilə qurban kəsməyi nəzir edibsə, dediyi vaxtda onu kəsməlidir. Kəsilən qurbanın necə sərf edilməsi qaydasına gəlincə, burada məsələ niyyətə bağlıdır. Əgər qurban nəziri deyərkən, onu necə paylamağı da nəzərədə tutubsa, o şəkildə də paylamalıdır. Əgər evbəev əti paylamağı nəzir edibsə, gərək əti bölüşdürüb evbəev paylasın. Əgər ətdən hansı şəkildə istifadə etməyi nəzir etməyibsə, bu halda xörək bişirib qonaqlıq verə bilər. Bu zaman da yaxşı olar ki, ehtiyaclı şəxsləri unutmasın. Yəni yaxşı olar ki, qonaqlığa dəvət etdiyi şəxslərin arasında həqiqətən kasıb və ehtiyaclı adamların olmasına diqqət yetirsin.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.