Qadın yerinə yetirmədiyi ibadətlərini qəza edərkən heyz günlərini nəzərə almalıdırmı?

/ Çərşənbə, 11 Noyabr 2020 11:52
Qadın yerinə yetirmədiyi ibadətlərini qəza edərkən heyz günlərini nəzərə almalıdırmı?

Oxucu usal verir: Qadın bir neçə il ibadətləri yerinə yetirməyib. Onları qəza edərkən heyz günlərini nəzərə almalıdırmı?

İnsana fərz (vacib) olan ibadətlər əgər vaxtında yerinə yetirilməyibsə, onları mütləq qəza etmək lazımdır. Namaz, oruc kimi vacib olan ibadətlər üzürsüz yerə icra edilməyibsə, onların qəzasını sonra da olsa yerinə yetirmək vacibdir. Amma bəzi hallarda qəzaya ehtiyac yoxdur. Əgər qadın heyz olduğu üçün gündəlik namazları qılmayıbsa, pak olduqdan sonra da onları qəza etməsi lazım deyil. Başqa sözlə desək, heyz halında olan qadın namazdan azaddır və Allah-Taala bu günlərin namazını ona bağışlayır.

Amma qadın heyz səbəbindən Ramazan ayının bəzi günlərində oruc tutmamışsa, Ramazan ayı bitdikdən sonra növbəti ilin Ramazan ayına kimi həmin günlərin orucunu qəza etməlidir. Qadın müəyyən səbəblər üzündən bir neçə il vacib ibadətləri yerinə yetirməmişsə, sonra səhvini anlayıb ibadətə gəlibsə, heyz günlərinin namazlarının qəzasını qılmağa vəzifəli deyil, amma Ramazan orucunun qəzasını bütöv tutmalıdır. Keçmişdəki heyz günlərinin müddətini də hazırki vəziyyətinə uyğun olaraq götürməlidir. Yəni hazırda ayın neçə günü heyzli olursa, keçmişdə də hər ayın o qədər gününü heyz müddəti kimi qəbul etməlidir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.