İnsan dünyasını dəyişəndən sonra dəfnə kimi cənazə evdə qaldığı müddətdə nə etmək lazımdır?

/ Cümə axşamı, 12 Noyabr 2020 12:20
İnsan dünyasını dəyişəndən sonra dəfnə kimi cənazə evdə qaldığı müddətdə nə etmək lazımdır?

Oxucu sual verir: İnsan dünyasını dəyişəndən sonra dəfnə kimi cənazə evdə qaldığı müddətdə nə etmək lazımdır?

Can verən şəxsi ayaqlarının altı qibləyə olmaq şərti ilə uzatmaq, başının üstündə Yasin surəsi, ayətəl-kürsi oxumaq, kəlmeyi-şəhadəti söyləməsinə çalışmaq savabdır. İnsanın ruhu təslim olduqdan sonra da həmin vəziyyətdə (ayaqlarının altı qibləyə tərəf) uzadılır. Cənazənin gözləri açıqdırsa bağlamaq, ağzını qapamaq və parça ilə çənələrini sıxıb bağlamaq, əl-ayaqlarını düz uzatmaq lazımdır. Bunlar ona görə edilir ki, bədən soyuyanda əzələlər quruyur, bu zaman çənə, əl-ayaq əyri qalmasın. Cənazəyə qüsl verib kəfənlədikdən sonra evə gətirsələr, bu dəfə sağ çiyni qibləyə tərəf olmaqla uzatmaq, üstünə parça sərmək məsələhətdir. Yaxşı olar ki, cənazəni otaqda tək qoymasınlar, yanında ardıcıl olaraq Quran oxusunlar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.