Şalvarın ətəyini (balağını) qısaltmaq sünnə sayılırmı və savabdırmı?

/ Bazar ertəsi, 16 Noyabr 2020 11:49
Şalvarın ətəyini (balağını) qısaltmaq sünnə sayılırmı və savabdırmı?

Oxucu sual verir: Şalvarın ətəyini (balağını) qısaltmaq sünnə sayılırmı və savabdırmı?

İslam dini təkəbbürün və lovğalığın əleyhinədir. Təkəbbür insanı mənəvi cəhətdən alçaldan ən ciddi bəlalardan biridir. Müsəlman bütün davranışında təkəbbürdən uzaq olmalıdır. Həm danışığı, həm hərəkəti, həm geyimi, həm də yol-yerişi ilə özünü təvazökar aparmalıdır. Təkəbbürün əlaməti olan bütün hərəkətlərdən çəkinmək lazımdır. Təkəbbürün ən geniş yayılmış əlamətlərindən biri geyimdir. Hər zəmanənin geyim qaydalarında özünəməxsus təkəbbür əlamətləri olub. Keçmiş zamanlarda insanlar paltarın ətəyini uzatmaqla özlərinin yüksək sosial statusunu göstərməyə çalışırdılar. Varlı ailəyə mənsub həm qadınlar, həm də kişiklər uzun ətəkli libas geyinirdilər, hətta onların dalınca ətəklərini tutub yerdən qaldıran nökər gəzirdi. İslam dini bu davranışın əleyhinədir və dini mətnlərimizdə bunu məzəmmət edən göstərişlər vardır. Müasir zamanda şalvarın ətəyini uzatmaq təkəbbür əlaməti sayılmadığı kimi, şalvarın ətəyini qısaltmaq da təvazökarlıq nişanəsi sayılmır. Ona görə təvazökarlıq göstərmək xatirinə bunu etməyə dəyməz. Əksinə, şalvarın balaqlarını həddən artıq gödəltmək insanı gülünc göstərə və istehza hədəfinə çevirə bilər. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.