Əshabi-Kəhf hadisəsi nə zaman və harada baş verib?

/ Çərşənbə, 18 Noyabr 2020 12:09
Əshabi-Kəhf hadisəsi nə zaman və harada baş verib?

Oxucu sual verir: Əshabi-Kəhf hadisəsi nə zaman və harada baş verib?

Quran təfsirçilərinin və tarixşünasların əksəriyyətinin fikrincə, Əshabi-kəhf (mağara sakinləri) Həzrət İsa Peyğəmbərdən (ə) sonra, Həzrət Mühəmməd Peyğəmbərdən (s) əvvəl yaşamışlar. Geniş yayılmış nəzəriyyəyə görə, hadisənin baş vermə zamanı miladi III-VI əsrləri əhatə edir. Mömin cavanlar Həzrət İsanın (ə) qeybə çəkilməsindən sonra onun tərəfdarlarına qarşı həyata keçirilən təzyiqlərdən qaçıb mağarada gizlənmiş, burada uzun yuxuya gedib, 300 ildən sonra, artıq xristian hökmdarın hakimiyyəti dövründə yuxudan oyanmışlar. Hadisənin harada baş verməsinə gəlincə, fikirlər fərqlənir. Dünyanın müxtəlif bölgələrində (o cümlədən, Türkiyə, İordaniya, Suriya, Fələstin, Ərəbistan, Misir, hətta İspaniya) Əshabi-kəhfə aid edilən mağaralar vardır. Azərbaycanın Naxçıvan bölgəsində də belə bir ziyarətgah mövcuddur. Araşdırmaçıların böyük bir qismi əsl Əshabi-Kəhf məkanının İordaniya ərazisində yerləşdiyinə inanırlar. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.