Quranda Həzrət Musa Peyğəmbərin (ə): “Dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” duasının mənası nədir?

/ Cümə axşamı, 19 Noyabr 2020 11:40
Quranda Həzrət Musa Peyğəmbərin (ə): “Dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” duasının mənası nədir?

Oxucu sual verir: Quranda Həzrət Musa Peyğəmbərin (ə): “Dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” duasının mənası nədir?

Qurani-Kərimdə Həzrət Musanın (ə) peyğəmbərliyə təyin olunduqdan və öz xalqını azad etmək üçün Allah tərəfindən Misirə getmək əmri aldıqdan sonra belə buyurduğu yazılıb: “Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (Taha, 25-28). Bəzi təfsirlərə görə, Həzrət Musanın (ə) körpə yaşlarında ağzı yanmışdı, buna görə nitqində qüsur vardı (bu barədə təfsirlərdə ətraflı məlumat verilib). Ayənin ardınca Həzrət Musa (ə) Allahdan istəyir ki, qardaşı Harunu (ə) özünə köməkçi götürməsinə icazə versin. Çünki Harunun (ə) nitqi nöqsansız idi və Musa (ə) öz sözlərini qardaşı vasitəsilə firona çatdırmaq istəyirdi.

Bəzi araşdırmaçılar bu fikri doğru saymırlar. Çünki peyğəmbərin dilində nöqsan olması onun üçün mənfi haldır, halbuki, məsum şəxs fiziki baxımdan da nöqsansız olmalıdır ki, başqaları ona istehza edə bilməsinlər. Bu rəyə görə, Həzrət Musanın (ə) “dilimdəki düyün” sözü simvolik məna daşıyır, o, Fironun sarayında özünü itirməməsi üçün bu duanı edirdi. Həzrət Harun (ə) barəsində isə ona görə xahiş edir ki, Harun (ə) daha bəlağətli və fəsahətli danışırdı, səsi uca idi. Həmçinin, Harun (ə) təkcə nitqdə deyil, digər işlərdə də Həzrət Musaya (ə) yardım etmişdi.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.