Bəzi müstəhəb ibadət növlərində səcdə zamanı xüsusi dualar oxunmalıdır. Bu duaları əzbərləyə bilməyən şəxs nə etməlidir?

/ Şənbə, 21 Noyabr 2020 10:58
Bəzi müstəhəb ibadət növlərində səcdə zamanı xüsusi dualar oxunmalıdır. Bu duaları əzbərləyə bilməyən şəxs nə etməlidir?

Oxucu sual verir: Bəzi müstəhəb ibadət növlərində səcdə zamanı xüsusi dualar oxunmalıdır. Bu duaları əzbərləyə bilməyən şəxs nə etməlidir?

Bəzi vacib olmayan, müstəhəb sayılan, mənəvi və maddi ehtiyacların həyata keçməsi üçün nəzərdə tutulan ibadətlərdə (namazlarda) səcdə zamanı xüsusi duaları oxumaq tələb olunur. Bu duaların mətni bəzən uzun olur və onları əzbərləmək çətinlik törədir. Həmçinin, hafizəsi zəif olan şəxslər qısa duaları da əzbərləməkdə çətinlik çəkirlər. Bu problemi həll etmək üçün köməkçi vasitələrdən istifadə etmək olar. Məsələn, insan əvvəlcə həmin duanı oxuyub, öz səsini telefon və ya başqa qurğu vasitəsilə yaza bilər. Səcdə yerinə çatanda isə həmin səsi işə salıb, deyilənləri təkrar edə bilər. Əgər ona kömək edə biləcək bir nəfər varsa, ondan xahiş edə bilər ki, o, səcdəyə gedəndə həmin adam duanı oxusun, o da ardınca təkrar etsin. Əgər bu üsulların heç biri mümkün olmasa, bir əli ilə möhürü alnına qoyub, o biri əlində dua yazılmış kağızı tutub oxuya bilər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.