İslam əxlaqı mövzusunda yazılmış hansı kitabları oxumaq daha çox faydalıdır?

/ Çərşənbə axşamı, 24 Noyabr 2020 11:48
İslam əxlaqı mövzusunda yazılmış hansı kitabları oxumaq daha çox faydalıdır?

Oxucu sual verir: İslam əxlaqı mövzusunda yazılmış hansı kitabları oxumaq daha çox faydalıdır?

Müsəlman alimlər tərəfindən İslam əxlaqı mövzusunda yüzlərlə kitab qələmə alnmışdır. Bunlardan bəziləri xüsusilə məşhurdur, hətta dini təhsil ocaqlarında əxlaq dərliyi kimi tədris edilir. Ən məşhur kitablardan biri “Cameüs-səadat” adlanır. XVIII əsrdə yaşamış Molla Mehdi Nəraqi adlı alim bu kitabı ərəb dilində qələmə almışdır. “Cameüs-səadat” geniş həcmli, əhatəli əsərdir. Müəllifin oğlu Şeyx Əhməd Nəraqi kitabı ixtisarla fars dilinə tərcümə edərək “Meracüs-saədət” adlandırmışdır. “Meracüs-saədət” kitabı azərbaycan dilinə də tərcümə edilib nəşr olunmuşdur. Görkəmli din alimi, bir neçə kitabın müəllifi Əhmədağa Əhmədov bu əsərlərin əsasında özünün “İslam əxlaqı” kitabını qələmə almışdır. Həmin kitabda müsəlman əxlaqına aid olan məsələlər anlaşıqlı dildə izah edilir. Qeyd etdiyimiz kimi, əxlaq mövzusunda başqa çoxlu kitablar da mövcuddur ki, onların əksəriyyəti ərəb və fars dillərindədir. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.