Bir şəxs xəstəlik və ya başqa səbəb üzündən qusub əlini və ya ayağını bulayarsa, həmin yerlər murdar sayılır?

/ Çərşənbə, 25 Noyabr 2020 11:46
Bir şəxs xəstəlik və ya başqa səbəb üzündən qusub əlini və ya ayağını bulayarsa, həmin yerlər murdar sayılır?

Oxucu sual verir: Bir şəxs xəstəlik və ya başqa səbəb üzündən qusub əlini və ya ayağını bulayarsa, həmin yerlər murdar sayılır?

Dini baxımdan murdar (nəcis) və çirkin anlayışları fərqlidir. Bir əşyanın çirkin sayılması onun şəriət baxımından murdar olmasına dəlalət etməz və pak olunması da vacib deyil. Eləcə də, bir əşya şəriət baxımından murdar (nəcis) sayılsa da, ola bilər ki, insanların gözündə çirkin və natəmiz görünməsin (məsələn, şərab). Murdar əşya, növündən (bərk əşya, parça və s.) və yuyulduğu suyun miqdarından asılı olaraq fərqli üsullarla pak olur, yalnız bundan sonra ondan istifadə etmək olar. Çirkin əşyanı isə sadəcə olaraq suyun altında yumaq kifayətdir, insanların gözündə təmiz olması bəs edər. İnsanın qusuntusu şəriət baxımından murdar sayılmır. Hər nə qədər natəmiz və üfunətli olsa da, qusuntu dəymiş yeri su ilə yaxşıca yumaq kifayət edər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.