Bəzi müstəhəb ibadətlərin savabı haqqında yazılıb ki, bir neçə ilin kəffarə orucuna bərabərdir. Qəza oruclarının əvəzinə həmin müstəhəb ibadəti yerinə yetirmək olarmı?

/ Cümə, 27 Noyabr 2020 11:35
Bəzi müstəhəb ibadətlərin savabı haqqında yazılıb ki, bir neçə ilin kəffarə orucuna bərabərdir. Qəza oruclarının əvəzinə həmin müstəhəb ibadəti yerinə yetirmək olarmı?

Oxucu sual verir: Bəzi müstəhəb ibadətlərin savabı haqqında yazılıb ki, bir neçə ilin kəffarə orucuna bərabərdir. Bu sözü əsas tutaraq, qəza oruclarının əvəzinə həmin müstəhəb ibadəti yerinə yetirmək olarmı?

İslam dininə aid mənbələrdə bəzi əməllərin savabı barədə məlumatlar vardır. Həmin məlumatlarda deyilir ki, filan əməlin savabı məsələn, 40 illik kəffarə orucunun savabına bərabərdir. Bu cür hədis və rəvayətlərin fərqli variantları mövcuddur. Onların məqsədi, haqqında danışılan əməlin savabının böyüklüyünü göstərməkdir. Müqəddəslərimiz insanları bəzi ibadətlərə və müstəhəb əməllərə həvəsləndirmək üçün bunun savabını başqa ibadətlərin savabı ilə müqayisə etmişlər. Bu cür hədislər həqiqi mənada deyil, mütəşabih (simvolik) mənada qəbul edilməlidir. İnsana vacib olan ibadətləri heç bir başqa yolla əvəz etmək olmaz. Vacib namaz və ya oruc vaxtında yerinə yetirilməyibsə, onun borcunu yalnız qəza etməklə silmək olar. Vacib orucun qəzasını heç bir müsətəhəb əməllə əvəzləmək olmaz.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.