Şeytanın bizdən uzaq olması üçün nə etməyimiz faydalıdır?

/ Şənbə, 28 Noyabr 2020 10:41
Şeytanın bizdən uzaq olması üçün nə etməyimiz faydalıdır?

Oxucu sual verir: Şeytanın bizdən uzaq olması üçün nə etməyimiz faydalıdır?

Əgər insan daim öz əməlləri və düşüncəsi ilə Allahı xatırlayırsa (zikr halında olursa), şeytan ona bata bilməz. Allahdan qafil olan şəxs isə asanlıqla şeytana yem olar. Şeytanı uzaqda saxlamaq üçün əvvəla, Allahın halal-haramına ciddi riayət etməliyik. Vacib olan ibadətləri diqqətlə və vaxtında yerinə yetirməli, yeməyimizin halal olmasına fikir verməli, qazancmızı haramdan təmizləməliyik. Günah işlərdən ciddi şəkildə uzaq durmalıyıq. Düşüncəmizi günahdan təzmizləməli, vaxtımızı mənasız işlərə sərf etməməliyik. Kiminlə oturub-durduğumuza fikir verməliyik. Əməlisaleh şəxslərlə daha çox ünsiyyətdə olmalı, günahkar adamlardan kənar gəzməliyik. Ehtiyaclılara yardım göstərməli, tez-tez sədəqə verməliyik. Dilimizi yalan, söyüş və böhtandan təmizləməliyik. Hər zaman Allahın nəzarəti altında olduğumuzu anlamalıyıq. Dünya həyatını ötəri bilib, axirət aləminə hazırlaşmalı, ölüm barədə düşünməkdən qorxmamalıyıq. Bunlara riayət edə bilsək, şeytan bizə yaxın düşməz.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.