Bəziləri iddia edir ki, həcc ziyarətində olmuş şəxslərə “hacı” söyləmək bidətdir. Bu fikir doğrudurmu?

/ Bazar ertəsi, 30 Noyabr 2020 11:07
Bəziləri iddia edir ki, həcc ziyarətində olmuş şəxslərə “hacı” söyləmək bidətdir. Bu fikir doğrudurmu?

Oxucu sual verir: Bəziləri iddia edir ki, həcc ziyarətində olmuş şəxslərə “hacı” söyləmək bidətdir. Bu fikir doğrudurmu? Həcc ziyarətində olmamış insanlara hörmət əlaməti olaraq “hacı” deyə müraciət etmək olarmı?

Allahın evini ziyarət edib həcci yerinə yetirən şəxsləri Allah-Taala Qurani-Kərimdə “hacı” adlandırır. Quranın “Tövbə” surəsinin 19-cu ayəsində buyurulur: “Məgər siz hacılara su verməyi və Məscidül-həramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi tutursunuz?” Ayədəki “siqayətəl-hacc” (hacılara su vermək) ifadəsində “hacc” kəlməsi cəm halda hacılara işarədir. Xalq ənənəsinə görə, nəinki həcc, hətta ümrə ziyarətində olanlara da “hacı” deyilir. Bunun səbəblərindən biri ümrə ziyarətinin “kiçik həcc” adlanması da ola bilər. Məkkə ziyarətində olmamış insanlara “hacı” deyə müraciət edilməsinə gəlincə, bunu hörmət əlaməti olaraq etmək icazəlidir. Ağsaqqal şəxslərə, xüsusilə, ruhanilərə həccə gedib-getməməsindən asılı olmayaraq “hacı, hacı ağa” deyirlər. Bu hərəkət yalan sayılmazsa və ondan sui-istifadə edilməzsə, günah deyil. Əgər “hacı” adlandırılmaqdan məqsəd hərfi mənada həcc ziyarətində olduğunu iddia etməkdirsə, eləcə də, “hacı” adlandırılan şəxs bundan sui-istifadə edirsə, onu bu adla çağırmaq icazəli deyil.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.