Cənabətli şəxsin və ya heyzli qadının qəbir ziyarətinə getməsi günahdırmı?

/ Çərşənbə axşamı, 01 Dekabr 2020 09:52
Cənabətli şəxsin və ya heyzli qadının qəbir ziyarətinə getməsi günahdırmı?

Oxucu sual verir: Cənabətli şəxsin və ya heyzli qadının qəbir ziyarətinə getməsi günahdırmı?

Cənabətli şəxsə və heyzli qadına bəzi əməlləri etmək günah sayılır, bəzi əməllər isə məkruhdur (bəyənilmir). Məsələn, məscidə və müqəddəs ziyarətgahlara daxil olmaq, bədən üzvünü (həmçinin, əlini, dodağını) Quran yazısına və müqəddəs şəxslərin adı yazılmış yerlərə toxundurmaq, namaz qılmaq, oruc tutmaq, Quranın vacib səcdə ayələrini oxumaq. Quranın cildinə, Quran yazısının sətirlərinin arasına toxunmaq, özü ilə Quranı gəzdirmək, saça rəng (həna) qoymaq isə günah olmasa da bəyənilmir. Eləcə də, cənabətli şəxsin Qurandan 7 ayədən çox oxuması, qüsl və ya dəstəmaz almadan yatması, yeyib-içməsi və daha bir neçə əməl məkruhdur. Cənabətli və ya heyzli halda qəbir ziyarətinə getməyin ziyanı yoxdur, bu iş günah deyil. Amma yuxarıda deyildiyi kimi, cənabətli şəxsin Qurandan 7-dən artıq ayə oxuması bəyənilmir. Yəni qəbir üstə Fatihə və Qülhüvəllah surələrini oxumaq məkruh sayılır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.