Kövsər surəsində adı çəkilən “kövsər” sözünün mənası nədir?

/ Şənbə, 05 Dekabr 2020 11:03
Kövsər surəsində adı çəkilən “kövsər” sözünün mənası nədir?

Oxucu sual verir: Kövsər surəsində adı çəkilən “kövsər” sözünün mənası nədir?

“Kövsər” sözü ərəb dilindən tərcümədə “çoxluq, bolluq” mənasını verir. Qurani-Kərimin 108-ci surəsi də “Kövsər” adlanır. Surənin birinci ayəsində Allah-Taala Həzrət Mühəmməd Peyğəmbərə (s) müraciət edərək buyurur: “Həqiqətən, Biz sənə kövsər əta etdik”. Buradakı “kövsər” sözünün izahı barədə müxtəlif rəylər mövcuddur. Bəzi kitablarda yazıldığına görə, burada xeyir-bərəkət, nemətlər nəzərdə tutulub. Bəzi nəzəriyyələrə görə, ayədəki kövsər Qurani-Kərim və ya peyğəmbərlikdir. Həmçinin, burada cənnətdəki Kövsər adlı bulaqla bağlı Peyğəmbərə müjdə verildiyi də deyilir. Əhli-beyt imamlarının təfsirində isə buyurulur ki, bu surədə Həzrət Fatimeyi-Zəhra (ə) vasitəsilə Peyğəmbərin nəslinin davam etməsinə, bu nəslin heç zaman kəsilməyəcəyinə işarə edilib. Həqiqətən, dünyanın hər bölgəsində Peyğəmbər nəslinin nümayəndələri – seyyidlər vardır. Onların bir hissəsi alimlərdən və övliyalardan ibarətdir. Peyğəmbərin nəsli qiyamətə kimi davam edəcək və Allahın xeyir-bərəkətini özündə daşıyacaq.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.