Əmmə cüz nə deməkdir?

/ Bazar ertəsi, 07 Dekabr 2020 10:33
Əmmə cüz nə deməkdir?

Oxucu sual verir: Əmmə cüz nə deməkdir?

Qurani-Kərimin mətnini rahat oxumaq üçün “hissə” mənasını verən “cüz”lərə böüblər. Quran 30 cüzə bölünür. Cüz bölgüsü ona görə edilib ki, Quranı bir neçə dəfəyə oxumaq rahat olsun. Məsələn, hər dəfə bir cüz və ya 3 cüz oxumaq daha asan və yaddaqalandır. Həmçinin, bu yolla Quranı bir neçə nəfər şərikli surətdə də oxuya bilir. Məsələn, öz aralarında şərt kəsirlər ki, hər biri filan nömrəli cüzü oxuyacaq. Beləliklə, qısa müddət ərzində bütöv Quran oxunmuş olur. Bu işi rahatlaşdırmaq üçün Quranın cüzlərə bölünmüş və hər biri cildlənmiş nəşrləri də çap olunur. Qurani-Kərimin axırıncı cüzünə “əmmə cüz” deyirlər. Bu cüz “Nəbə” surəsindən başlayıb “Nas” surəsi ilə bitir. “Nəbə” surəsinin ilk cümləsi “əmmə yətəsaəlun”dur. Buradakı ilk sözə görə həmin cüzə “əmmə cüz” deyirlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.