Namaz zamanı qadının kişidən daha arxada durması yalnız camaat namazına şamildir, yoxsa bütün namazlarda bu şərt qorunmalıdır?

/ Çərşənbə axşamı, 08 Dekabr 2020 11:50
Namaz zamanı qadının kişidən daha arxada durması yalnız camaat namazına şamildir, yoxsa bütün namazlarda bu şərt qorunmalıdır?

Oxucu sual verir: Namaz zamanı qadının kişidən daha arxada durması yalnız camaat namazına şamildir, yoxsa bütün namazlarda bu şərt qorunmalıdır?

İslam şəriətinə görə, namaz zamanı qadın kişidən arxada dayanmalıdır. Ən azından qadın öz alnını kişinin səcdə zamanı dizlərini qoyduğu xətt müstəvisindən arxaya qoymalıdır. Bu şərt üçün qadınla kişinin məhrəm ya naməhrəm olmaları fərq etməz, hətta ər-arvad da bu şərtə əməl etməlidir. Həmçinin, qadınla kişinin eyni namazı qılmaları (camaat şəklində) və ya ayrı-ayrılıqda ibadət etmələri də fərq etməz. Buna görə məscidlərdə qadınlar üçün ayrılmış yer kişilər üçün ayrılmış yerdən arxada olur. Əlbəttə, əgər qadınla kişi fərqli otaqlarda namaz qılsalar, qadının kişidən arxada durması lazım deyil. Yəni məsələn qadın mənzilin  ön otağında, kişi isə arxa otağında namaz qıla bilər. Aralarında divar, pərdə və ya görünmələrini əngəlləyən başqa maneə olsa, habelə, aralarındakı məsafə təqribən 10 metri keçsə, yenə bu şərt öz qüvvəsini itirir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.