Bir insanın əməlləri onun ömrünün uzunluğuna təsir edə bilərmi?

/ Çərşənbə, 09 Dekabr 2020 11:22
Bir insanın əməlləri onun ömrünün uzunluğuna təsir edə bilərmi?

Oxucu sual verir: Bir insanın əməlləri onun ömrünün uzunluğuna təsir edə bilərmi?

Bəzi insanların əcəl barədə təsəvvürü yanlışdır. Mütləq alın yazısına inananlar unudurlar ki, Allahın gələcək üçün təyin etdiyi müqəddərat (qəzavü-qədər) dəyişən və dəyişməz olaraq iki hissəyə bölünür. İnsan öz əməlləri, fəaliyyəti ilə öz gələcək taleyinə müəyyən qədər təsir göstərə bilər. Bu, dəyişən qəzavü-qədər çərçivəsində mümkündür. Məsələn, savab əməllər bəzi bəlaların qarşısını almağa, insanın ömrünü uzatmağa, qəfil əcəli uzaqlaşdırmağa qadirdir. Əksinə, bəzi günahlar isə ömrü qısaldar, bəlaları çoxaldar. Nümunə kimi qeyd edək ki, hədislərdə sədəqə vermək təkid edilir və bunun səbəbi kimi göstərilir ki, sədəqə qəfil ölümün qarşısını ala bilər. Cəmiyyətdə bəzi günahların çoxalması gənc yaşlarında ölüm hallarının artmasına gətirib-çıxarmaq gücünə malikdir. İnsanların əməlləri həm öz fərdi talelərinə, həm də ümumilikdə cəmiyyətin müqəddəratına təsir göstərə bilər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.