Hər dəfə çimən zaman qüsl almaq olarmı və bu qüsl dəstəmazı əvəz edirmi?

/ Şənbə, 12 Dekabr 2020 10:36
Hər dəfə çimən zaman qüsl almaq olarmı və bu qüsl dəstəmazı əvəz edirmi?

Oxucu sual verir: Hər dəfə çimən zaman qüsl almaq olarmı və bu qüsl dəstəmazı əvəz edirmi?

Boynunda cənabət, heyz, ölüyə toxunmaq və s. səbəblərdən qüsl olan şəxsin namaz qılması və oruc tutması üçün qüsl almağı vacibdir. Cənabət qüslündən sonra namaz qılmaq üçün dəstəmaz almaq olmaz. Digər əksər vacib qüsllərdən sonra da dəstəmaz almadan birbaşa namaz qılmaq olar. Şəriətdə müstəhəb olması sübuta yetmiş olan qüsllərdən sonra da dəstəmazsız namaz qılmağa icazə verilir. Bunlara cümə qüslü, Qədr gecələrinin, Qurban və Fitr bayramı günlərinin qüslləri və s. aiddir. Lakin risalədə ətraflı şəkildə sadalanmış bu qüsllərdən başqa müstəhəb niyyətlə qüsl alan insan namaz qılmaq üçün gərək dəstəmaz da alsın. Yuyunan zaman sadəcə müstəhəb niyyətlə qüsl almaq bəyənilən əməldir və savabı var. Amma bu qüsl dəstəmazı əvəz etməz və namaz üçün dəstəmaz almaq da lazımdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.