Oxucu sual verir: Kəbül-əhbar kimdir və dini mənbələrdə bu ad niyə tez-tez çəkilir?
Əbu İshaq Kəb ibn Mate tabiin təbəqə¬sinə mənsub olan, yəni şəxsən Peyğəmbəri görməyən, amma səhabələrin dilindən hədis edşidən tarixi şəxsiyyətlərdən biri. İslamı qəbul etməzdən əvvəl yəhudi dininə inanmış, ona görə də, “Kəbül-əhbar” ləqəbi ilə tanınmışdı. “Əhbar” sözü cəm halda alim, bilikli insan mənasını verir; adətən, yəhudi və xristian alimlərini belə adlandırırdılar.
Kəbül-əhbar Ömər ibn Xəttabın hakimiyyəti zamanı İslamı qəbul etmiş, Qurani-Kərimdəki Bəni-İsraillə bağlı ayələrin təfsirçisi kimi tanınmışdı. Kəbül-əhbardan rəvayət edilən xəbərlərin əksəriyyəti “israiliyyat” qisminə aiddir, İslam mənbələrində əsası olmayan və Tövratdan qaynaqlanan məlumatları ehtiva edir. Məhz yəhudi inancına xas olan bilikləri müsəlmanlara təlqin etməyə çalışdığı üçün Kəbül-əhbar İmam Əli (ə) və Əbuzər Ğifari kimi məşhur səhabələrin tənqid hədəfinə çevrilmişdi. Bu gün də dini ədəbiyyatda “Kəbül-əhbar” sözü münafiq, öz sifətini gizlədən adam mənasında işlədilir.
Kəbül-əhbar uzun ömür yaşamış, 104 yaşında ölmüşdür.