Ramazan ayının orucunun qəzasını ilin istənilən mövsümündə tutmaq olarmı?

/ Şənbə, 19 Dekabr 2020 10:49
Ramazan ayının orucunun qəzasını ilin istənilən mövsümündə tutmaq olarmı?

Oxucu sual verir: Ramazan ayının orucunun qəzasını ilin istənilən mövsümündə tutmaq olarmı?

Ramazan ayında hər hansı səbəb üzündən oruc tutmamış insan mütləq həmin günlərin qəzasını tutmalıdır. (bəzi hallarda qəza orucundan əlavə, həm də kəffarə vacib olur). Özü də qəza orucunu növbəti Ramazan ayının gəlişinə kimi tutmaq lazımdır. Əlbəttə, burada oruc tutmağa sağlamlığı imkan verən şəxs nəzərdə tutulur. Əgər insan xəstəlik üzündən Ramazan ayında oruc tutmasa və növbəti Ramazana kimi sağalmasa, bu halda qəza orucu tutmaqdan azaddır, amma cərimə olaraq fidyə verməlidir (onun hökmü risalədə yazılıb). Ramazan orucunun qəzasını növbəti Ramazan ayına kimi istənilən zaman və istənilən mövsümdə tutmaq olar. Əgər Ramazan ayı yay mövsümünə düşübsə və insan oruc tutmayıbsa, qəzasını növbəti Ramazana kimi qış mövsümündə də tutmaq icazəlidir. Günlərin daha qısa olması və orucun asanlaşması problem deyil.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.