Təqlid etmək üçün müctəhidi seçərkən insan öz istəyinə uyğun olan müctəhidə təqlid edə bilərmi?

/ Bazar ertəsi, 21 Dekabr 2020 11:23
Təqlid etmək üçün müctəhidi seçərkən insan öz istəyinə uyğun olan müctəhidə təqlid edə bilərmi?

Oxucu sual verir: Təqlid etmək üçün müctəhidi seçərkən insan öz istəyinə əməl edə bilərmi? Yəni fətvaları onun istəyinə uyğun olan müctəhidə təqlid edə bilərmi?

Şəriətə görə, insan dini hökmlərdə ya özü ictihad səviyyəsinə çatıb Allahın hökmlərini ayırd etmək səlahiyyətinə malik olmalı, ya ehtiyata əməl etməli (bu barədə risalələrdə məlumat verilib), ya da bir müctəhidə təqlid etməlidir. Təqlid üçün seçilən müctəhiddə bəzi şərtlərin olması vacibdir (halalzadə, ədalətli olmaq və s.). Bu şərtlərin ən vacibi həmin müctəhidin əələm, yəni ən elmli olmasıdır. Dini biliklərdə digər ictihad sahiblərindən daha üstün olan müctəhidi kənarda qoyub, ondan aşağı səviyyəli elmə malik olan birisinə təqlid etmək düzgün deyil. Müctəhidi seçən insan onun fətvalarının öz şəxsi zövqünə uyğun gəlməsini əsas tuta bilməz. Əələm müctəhidin bütün fətvalarına itaət etmək lazımdır. Onun özünün ehtiyata uyğun olaraq icazə verdiyi məsələlər istisna edilir. Əgər şəriət elmlərinin müəyyən bölmələrində bir müctəhidin, digər bölmələrində başqa müctəhidin daha elmli olması bilinərsə, həmin bölmələrdə daha elmli olanına təqlid edilir. Əgər iki müctəhidin bütün məsələlərdə eyni elmi səviyyəyə malik olduğu məlum olarsa, insan onlardan hansı birinə istəsə təqlid edə bilər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.