Qəbristanlıqda naməhrəm şəxslərin qəbirlərinin yanaşı olması şəriət baxımından problemli deyil?

/ Çərşənbə axşamı, 22 Dekabr 2020 13:02
Qəbristanlıqda naməhrəm şəxslərin qəbirlərinin yanaşı olması şəriət baxımından problemli deyil?

Oxucu sual verir: Qəbristanlıqda naməhrəm şəxslərin qəbirlərinin yanaşı olması şəriət baxımından problemli deyil?

Xalq içində belə bir fikir formalaşıb ki, yanaşı qəbirlərdə dəfn edilən şəxslər məhrəm olmalıdırlar. Yəni qadının qəbrinin yanında ona məhrəm olmayan şəxsin basdırılması düzgün deyil, qadının yanında ya oğlu, ya əri, ya qardaşı, ya da başqa yaxın qohumu basdırılmalıdır. Ona görə bəzən insanlar bir məzarın ətrafında əlavə yerləri də öz ailə üzvləri üçün ayırırlar. Bu isə qəbristanlıqlarda yer çatışmazlığına və narazılıqlara səbəb olur. Əslində, dini baxımdan bu düşüncənin heç bir əsası yoxdur. Qəbirdə yatan şəxsin yanındakı məzarda məhrəm yoxsa naməhrəm adamın basdırılması həmin ölü üçün heç bir əhəmiyyət daşımır. Bunun bir müsbət cəhəti vardır ki, o da qəbir ziyarətinə gələnlərin rahatlığıdır. Yəni bir nəslin ölüləri kompakt şəkildə, yaxın ərazidə dəfn ediləndə qəbir ziyarətinə gələnlərin işi rahatlaşır, hər qəbri ziyarət etmək üçün uzun yol getmək və vaxt itirmək lazım gəlmir. Göründüyü kimi, bu, dini səbəb deyil və yaxın qohumların yanaşı basdırılması dini baxımdan qətiyyən vacib deyil.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.