Zülfiqar qılıncının mənşəyi barədə dini mənbələrdə nə deyilir?

/ Cümə axşamı, 24 Dekabr 2020 13:40
Zülfiqar qılıncının mənşəyi barədə dini mənbələrdə nə deyilir?

Oxucu sual verir: Zülfiqar qılıncının mənşəyi barədə dini mənbələrdə nə deyilir?

İmam Əlinin (ə) atributlarından biri sayılan Zülfiqar adlı qılıncın mənşəyi barədə yazırlar ki, o, Məkkə müşriklərindən Münəbbeh (yaxud As) adlı bir pəhləvana mənsub idi. Bədr döyüşündə Əli ibn Əbu Talib (ə) onu öldürüb qılıncını qənimət olaraq Həzrət Mühəmməd Peyğəmbə¬rə (s) təhvil vermiş, o da özünə götürmüşdü. Ühüd savaşında İmam Əli (ə) igidliklə döyüşərək əlindəki qılıncı sındırdıqdan sonra Peyğəmbərimiz Zülfiqarı ona bağışlamış və savaş meydanına göndərmişdi. “Əlidən başqa igid, Zülfiqardan başqa qılınc yoxdur” hədisini də Peyğəmbər həmin gün buyurmuşdu. 

Başqa bir rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Əlini (ə) Yəmənə göndərmişdi ki, oradakı bütü sındırıb altındakı polad oturacağı (pyedestalı) gətirsin. Həmin poladdan iki qılınc düzəltdilər. Bunlardan Mixzəm adlı birini Peyğəmbər özünə götürdü, o biri qılıncı, yəni Zülfiqarı isə Əli ibn Əbu Talibə (ə) verdi. Peyğəmbər vəfat etdikdən sonra Mixzəm də Əliyə (ə) qaldı.

Şiə məzhəbinə görə, Zülfiqar imamlara nəsildən-nəslə keçmişdir və hal-hazırda XII imam Mehdidədir (ə). Mehdinin (ə) zühur əlamətlərindən biri də Zülfiqara sahib olmasıdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.