Bəzi uşaqlar sünnət olunmuş halda doğulurlar. Onları yenidən sünnət etdirmək lazımdırmı?

/ Şənbə, 26 Dekabr 2020 11:07
Bəzi uşaqlar sünnət olunmuş halda doğulurlar. Onları yenidən sünnət etdirmək lazımdırmı?

Oxucu sual verir: Bəzi uşaqlar sünnət olunmuş halda doğulurlar. Onları yenidən sünnət etdirmək lazımdırmı?

Oğlan uşaqlarının sünnət olunması şəriətimizin göstərişlərindən biridir. Bunun hər şeydən əvvəl tibbi baxımdan sübuta yetirilmiş faydası vardır. Oğlan uşağını imkan daxilində kiçik vaxtında, hətta doğuluşundan sonrakı ilk günlərdə sünnət etmək müstəhəbdir. Bəzu uşaqlar sünnətli halda anadan olurlar. Xalq içində buna “peyğəmbər sünnəti” deyirlər. Çünki rəvayətə görə, məsum şəxslər, o cümlədən, peyğəmbərlər və imamlar da sünnətə ehtiyacsız halda dünyaya gəlmişlər. Bu cür uşaqların sünnət edilməsinə ehtiyac olub-olmadığı barədə həkimlə məsələhətləşmək lazımdır. Çünki bu hal uşaqlarda fərqli formalarda təzahür edə bilər. Bəzi hallarda sünnət əməliyyatına ehtiyac olmur, bəzi hallarda isə olur. Həkim uşağın sünnət edilməsini məsləhət bilərsə, onun məsləhətinə əməl edilməlidir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.