Deyirlər ki, axşam vaxtı başqasına pul vermək ruzini kəsir. Bu söz doğrudurmu?

/ Çərşənbə axşamı, 29 Dekabr 2020 10:47
Deyirlər ki, axşam vaxtı başqasına pul vermək ruzini kəsir. Bu söz doğrudurmu?

Oxucu sual verir: Deyirlər ki, axşam vaxtı başqasına pul vermək ruzini kəsir. Bu söz doğrudurmu?

Xalq inancına görə, axşam vaxtı evdən pul çıxaran adamın ruzisi azalar. Ona görə insanlar axşam alış-veriş etməkdən, borc verməkdən, qapıya gələn dilənçiyə yardım göstərməkdən çəkinirlər. Bu, dinlə heç bir əlaqəsi olmayan, xurafat və mövhumat qismindən olan düşüncədir. Axşam evdən pul çıxarmaqla ruzinin azalması arasında heç bir bağlılıq yoxdur. Əksinə, bəzi hallarda bunu etmək savab gətirir. Belə ki, qapıya gələn ehtiyaclı adama səhər ya axşam olmasından asılı olmayaraq maddi kömək etmək lazımdır. Borc istəyən şəxsin də dadına çatmaq dinimizdə çox bəyənilir. “Axşam vaxtı evdən pul çıxarmaq olmaz” düşüncəsi ilə hərəkət edən şəxs bu fürsəti əldən buraxar və ehtiyaclı şəxsi əliboş qaytardığına görə Allah qarşısında günah qazanar. Bunu da qeyd edək ki, Fitr bayramı münasibəti ilə verilən fitrə zəkatını da bayram axşamı, gün batandan sonra ayırmaq və ehtiyaclı adamlara (fəqirlərə) çatdırmaq savabdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.