Suda partlayış etməklə balıq tutmaq olarmı?

/ Çərşənbə axşamı, 05 Yanvar 2021 11:32
Suda partlayış etməklə balıq tutmaq olarmı?

Oxucu sual verir: Suda partlayış etməklə balıq tutmaq olarmı?

Şəriətə görə, bütün ov növləri kimi balıq ovunun da bəzi şərtləri vardır. Bu şərtlərə əməl edilən zaman tutulan balıq halal sayılır. Bu şərtlərə uyğun olmayan şəkildə əldə edilən balığı isə yemək haramdır. Balıq ovunun ən əsas şərti budur ki, balıq sudan diri halda çıxarılmalı və quruda can verib ölməlidir. Balıq, onu tutan adamın əlində və ya quruda ölməlidir ki, əti halal olsun. (İstisna budur ki, əgər balıq tora düşsə və torda ikən ölsə, halal sayılır). Bu şərt daxilində balığın əl ilə ya torla tutulmasının fərqi yoxdur. Suda partlayış törədildiyi zaman adətən balıqlar suyun içində ölür və suyun üzünə çıxır. Bu yolla öldürülən balığın əti yeməyə yararlı deyil, onu yemək haramdır. Hətta balıq partlayış zamanı ölməsə belə, bu işi görmək məsləhət deyil. Çünki partlayış zamanı yalnız yeməyə yararlı olan balıqlar deyil, yeyilməyən balıqlar, digər su heyvanları, həşəratlar da tələf olur, suyun bitkilər aləminə ziyan dəyir, suda güclü bulanma yaranır. Bunlar ekoloji baxımdan təbiətə ziyandır.  

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.