Azərbaycanın rayonlarında namaz və oruc vaxtları arasında fərq nə qədərdir?

/ Cümə axşamı, 07 Yanvar 2021 11:40
Azərbaycanın rayonlarında namaz və oruc vaxtları arasında fərq nə qədərdir?

Oxucu sual verir: Azərbaycanın rayonlarında namaz və oruc vaxtları arasında fərq nə qədərdir?

Məlum olduğu kimi, namaz vaxtları, eləcə də səhur (obaşdan) və iftar Günəşin hərəkətindən asılıdır. Günəş şərqdə doğur və qərbdə batır. Yəni Günəşin hərəkətini əvvəlcə şərq tərəfdə olanlar, daha sonra qərb tərəfdə olanlar görürlər. Baqşa sözlə desək, namazın vaxtları bir məntəqədə daxil olursa, ondan qərbdə yerləşən məntəqələrdə daha gec daxil olur. Azərbaycanın ərazisi dünyaya nisbətdə kiçik olduğu üçün, rayonlarda namaz vaxtları arasındakı fərq o qədər də çox olmur. Ölkəmizin bütün rayonları Bakıdan qərbdə yerləşir. Ona görə də, namaz, səhur və iftar vaxtları Bakıda daxil olduqdan bir neçə dəqiqə sonra o biri rayonlarda da daxil olur. Rayonların Bakıdan məsafəsi artdıqca, bu fərq də çoxalır. Nümunə üçün deyək ki, namaz vaxtları Lənkəranda 3 dəqiqə, Qubada 6 dəqiqə, Şəkidə 12 dəqiqə, Gəncədə 14 dəqiqə, Naxçıvanda 16 dəqiqə, Qazaxda 19 dəqiqə Bakıdan daha gec olur. Namaz və Ramazan cədvəllərində adətən Bakı vaxtı göstərildiyi üçün, rayonlarda yaşayanlar həmin vaxtların üzərinə müvafiq fərqi əlavə etməlidirlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.