Ramazan ayının orucunun qəzasını tutan şəxs gün ərzində orucunu pozsa, nə etməlidir?

/ Cümə, 08 Yanvar 2021 11:34
Ramazan ayının orucunun qəzasını tutan şəxs gün ərzində orucunu pozsa, nə etməlidir?

Oxucu sual verir: Ramazan ayının orucunun qəzasını tutan şəxs gün ərzində orucunu pozsa, nə etməlidir?

Ramazan orucunun ədasını (özünü) və qəzasını tutmağın hökmlərində fərqlər vardır. Belə ki, Ramazan ayının orucunu qəsdən pozan adam günah qazanır, həmin günün orucunu Ramazan bitdikdən sonra qəza etməlidir, əksər hallarda həm də kəffarə (cərimə) ona vacib olur. İstər orucunu günortadan əvvəl, istərsə də sonra, hətta məğrib azanına bir dəqiqə qalmış pozsun. Lakin Ramazan orucunun qəzasını tutan adamın orucu pozmasının hökmü fərqlidir. Belə ki, Ramazan ayının orucunu tutan şəxs zöhrdən əvvəl orucu poza bilər. Bunu istər aclıq, susuzluq, qonaq getmək üzündən, istərsə də, hər hansı səbəb olmadan edə bilər. Bu zaman onun öhdəsinə heç bir günah və cərimə gəlmir, həmin qəza orucunu başqa bir gündə tutması kifayətdir. Amma əgər zöhrdən sonra qəza orucunu qəsdən pozsa, bu zaman 10 nəfər fəqiri yeməklə doyuzdurmalı, yəni hərəsinə 750 qram yemək verməlidir. Əgər bunu edə bilməsə, gərək əlavə olaraq 3 gün oruc tutsun, həmin günün orucunu da qəza etsin.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.