Qaydasız döyüşlə məşğul olmaq icazəlidirmi?

/ Bazar ertəsi, 11 Yanvar 2021 11:54
Qaydasız döyüşlə məşğul olmaq icazəlidirmi?

Oxucu sual verir: Qaydasız döyüşlə məşğul olmaq icazəlidirmi?

İslam dini qəddarlığı rədd edir, insanlara mərhəmət və sevgi ilə yanaşmağı buyurur. Başqasını haqsız yerə incitmək, ona ağır zərbə vurmaq, şikəst etmək günahdır. Yalnız özünü real təhlükədən qorumaq və cinayətkarı cəzalandırmaq məqsədilə ona zərbə vurmaq icazəlidir. Əgər kimsə başqasını haqsız yerə vursa, bunun nəticəsində bədənində ləkə və ya şikəstlik yaransa, zərbənin nəticəsinə uyğun olaraq cərimə (diyə) verməlidir. Qaydasız döyüş adlı idman növü adətən, bir-birinə ağır zərbələr vurmaqla müşayiət edilir, hətta bu döyüşlərdə şikəst olma və ölüm halları da baş verir. Halbuki, buna ciddi ehtiyac və lüzum yoxdur. Sağlamlıq və yarışma məqsədi ilə daha təhlükəsiz idman nöbləri ilə məşğul olmaq mümkündür. Dinimiz baxımından qaydasız döyüşlə məşğul olmaq icazəli deyil. Bu döyüşlərə pul yatırmaq isə əlavə olaraq həm də qumardır və böyük günahdır. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.