Qüsl aldığı zaman insandan yel xaric olsa, qüslü yenidən başlamalıdır?

/ Çərşənbə axşamı, 12 Yanvar 2021 10:53
Qüsl aldığı zaman insandan yel xaric olsa, qüslü yenidən başlamalıdır?

Oxucu sual verir: Qüsl aldığı zaman insandan yel xaric olsa, qüslü yenidən başlamalıdır?

Qüsl alınan zaman insanın paklıq halını pozan vəziyyətlər yaransa, məsələn, bədəndən yel xaric olsa, yaxud insandan bilməyərəkdən və ya qəsdən sidik xaric olsa, qüslü yenidən başlamasına ehtiyac yoxdur. Həmin şəxs qüslü ardıcıllıqla davam etdirə bilər. Amma qüslü bitirdikdən sonra pak olması tələb edilən işlər üçün dəstəmaz almaq da lazımdır. Məsələn, cənabət və ya heyz qüslü almış şəxsin həmin qüsllə namaz qılması icazəlidir, dəstəmaz alması lazım deyil. Amma əgər qüsl zamanı yuxarıda deyilən hallar yaransa, artıq bu qüsllə namaz qılmaq olmaz, gərək dəstəmaz da alınsın.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.