Bazarda bir malı başqa satıcılara nisbətən ucuz satmaq onların haqqına girmək sayılır?

/ Bazar ertəsi, 18 Yanvar 2021 11:45
Bazarda bir malı başqa satıcılara nisbətən ucuz satmaq onların haqqına girmək sayılır?

Oxucu sual verir: Bazarda bir malı başqa satıcılara nisbətən ucuz satmaq onların haqqına girmək sayılır?

Satdığı hər mala qiymət qoymaq satıcının öz ixtiyarındadır. Başqası bunu ona qadağan edə bilməz. Lakin əlbəttə ki, insaf və ədalətə riayət etmək də satıcının vicdan borcu və Allah qarşısında məsuliyyətidir. Əgər bir şəxs öz malını bazarda başqa satıcıların qiymətindən daha ucuz satmaq istəsə, bunun günahı yoxdur. Həmçinin, başqalarının qoyduğu qiymətdən baha satmaq istəsə də, günah qazanmır. Amma bəzi hallar istisnadır. Məsələn, başqalarına ziyan vermək məqsədi ilə malı öz dəyərindən qat-qat ucuz satmaq olmaz. Yəni digər satıcılara zərər vurmaq niyyəti ilə hətta öz ziyanını da göz önünə alaraq malı həddən artıq ucuz qiymətə təklif etmək günahdır. Eləcə də, möhtəkirlik etmək, yəni qəhətlik yaratmaq məqsədi ilə malı qəsdən gizlətmək, kəskin ehtiyac yarandığı zaman qəfildən bazara çıxarıb çox baha qiymətə satmaq həm müsəlman əxlaqına, həm də şəriət qaydalarına ziddir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.