Məğrib və xiftən namazlarını gecə nə zamana kimi qılmaq olar?

/ Çərşənbə axşamı, 19 Yanvar 2021 12:09
Məğrib və xiftən namazlarını gecə nə zamana kimi qılmaq olar?

Oxucu sual verir: Məğrib və xiftən namazlarını gecə nə zamana kimi qılmaq olar?

Şəriətə görə, Günəş batıb qırmızılığı qərbdən şərqə tərəf keçdikdən sonra, yəni məğrib azanı verildikdən sonra məğrib namazının, ardınca da xiftən namazını vaxtı başlayır. Bu iki namazı ardıcıllığa riayət etmək şərti ilə (yəni əvvəlcə məğrib, daha sonra xiftən namazı qılınmaqla) gecə yarısına kimi qılmaq lazımdır. Gecə yarısı Günəş batan zamandan ertəsi gün sübh azanına kimi olan vaxtın yarısı kimi götürülür. Üzrlü olmayan şəxs məğrib və xiftən namazlarını bu vaxta kimi qılmalıdır. Amma üzrlü şəxs (məsələn, məğrib anında heyzli olub, bir az sonra paklanan qadın, yatıb yuxuya qalan adam) sübh azanına kimi bu iki namazı qıla bilər. (Səhlənkarlıq üzündən, hətta işarə ilə də olsa namazı qılmaq imkanı olub qılmayan adam üzrsüz sayılır). Səhlənkarlıq üzündən gecə yarısına kimi məğrib və xiftən namazlarını qılmamış adam gecə yarısından sübh azanına kimi bu namazları qılsa, gərək əda və ya qəza niyyəti etməsin, “ma fiz-zimmə”, yəni öhdəsində olan vəzifə niyyəti ilə qılsın.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.