İnsan səfərdə olarkən namazları qəsr ilə (ixtisarla) deyil, bütöv qılsa, qəbul olar?

/ Cümə axşamı, 21 Yanvar 2021 10:40
İnsan səfərdə olarkən namazları qəsr ilə (ixtisarla) deyil, bütöv qılsa, qəbul olar?

Oxucu sual verir: İnsan səfərdə olarkən namazları qəsr ilə (ixtisarla) deyil, bütöv qılsa, qəbul olar?

Səfər şərtlərinə cavab verən hallarda insan gündəlik namazları qəsr ilə qılmalıdır. Səfər şərtləri deyərkən, əsasən səfərin məsafəsi və müddəti nəzərdə tutulur; bu barədə şəriət kitablarında ətraflı məlumat verilir. Səfərdə olan şəxs (müsafir) sübh və məğrib namazlarını vətəndə olduğu kimi, yəni 2 və 3 rükətli qılır. Zöhr, əsr və xiftən namazlarını isə 4 rükət deyil, 2 rükət halında istisarla qılmalıdır. Bu qaydaya əməl etmək məcburidir. Şəriətin hökmləri insanların istəyindən asılı deyil və insanlar öz istəklərinə görə bu hökmləri dəyişdirə bilməzlər. Əgər səfərdə olan şəxs çoxlu namaz qılmaq istəyirsə, qəsr qaydalarına riayət etmək şərti ilə, əlavə müstəhəb namazlar qıla bilər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.