Əgər Günəş ya Ay tutulması zamanı qadın heyzlidirsə, pak olduqdan sonra ayat namazının qəzasını qılması lazımdırmı?

/ Cümə, 22 Yanvar 2021 10:58
Əgər Günəş ya Ay tutulması zamanı qadın heyzlidirsə, pak olduqdan sonra ayat namazının qəzasını qılması lazımdırmı?

Oxucu sual verir: Əgər Günəş ya Ay tutulması zamanı qadın heyzlidirsə, pak olduqdan sonra ayat namazının qəzasını qılması lazımdırmı?

Məlumdur ki, Günəş və Ay tutulması, eləcə də, insanları qorxuya salan bəzi təbiət hadisələri baş verən zaman xüsusi namaz qılınmalıdır. Buna ayat namazı deyirlər. Həmin təbiət hadisəsinin hiss olunudğu məntəqənin bütün əhalisi ayat namazını qılmalıdır. Hətta bu namazı vaxtında qıla bilməyənlər təbiət hadisəsi başa çatdıqdan sonra ayat namazını qəza niyyəti ilə yerinə yetirməlidirlər. Lakin heyz və ya nifas halında olan qadınlar ayat namazını qılmaqdan azaddırlar. Gündəlik namazlar kimi ayat namazını qılmaq da onlara icazəli deyil. Həmçinin, gündəlik namazlar kimi, ayat namazının qəzası da heyz və nifaslı qadınlara vacib deyil. Yəni qadın heyz və ya nifaslı ikən ayat namazına səbəb olan təbiət hadisəsi baş verərsə, o, ayat namazını qılmamalıdır, pak olduqdan sonra qəza etməsi də lazım deyil.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.