Nemətullahi təriqətinin ardıcılları bu gün də mövcuddurmu?

/ Şənbə, 23 Yanvar 2021 09:58
Nemətullahi təriqətinin ardıcılları bu gün də mövcuddurmu?

Oxucu sual verir: Nemətullahi təriqətinin ardıcılları bu gün də mövcuddurmu?

Nemətullahiyyə təriqətinin silsiləsi Həzrət Əliyə və İmam Rzaya (ə) əsaslanır. Bu silsilədə məsum imamlardan sonra Məruf Kərxi, Səriyy Səqəti, Cüneyd Bağdadi kimi böyük sufilərin adı gəlir. Təriqətin adı Şah Nemətullah Vəli (1330-1431) ilə bağlıdır, məhz ondan sonra təriqət şeyxlərinin adına “Əlişah” kəlməsi də əlavə edilir. Nemətullahi təriqətinin 31-ci qütbü (şeyxi) azərbaycanlı məşhur səyyah və ədib Hacı Zeynalabidin Şirvani Məstəlişah (1780-1838) olmuşdur.

Nemətullahi təriqətinin Günabadi qolunun hazırda İranda xeyli ardıcılı vardır. Bu təriqətin ardıcılları şiə məzhəbinə inanırlar, ibadət əməllərini də yerinə yetirirlər. Lakin onlar şəriət əməllərində təqlidi qəbul etmir, təriqət qütbünə (şeyxə) təqlid etməyi vacib sayırlar. Şeyx onlar üçün əsas müraciət mənbəyidir. Nemətullahilər xüms və zəkat əvəzinə öz qazanclarının onda-bir hissəsini təriqət rəhbərinə təqdim edirlər. Bu təriqətin şeyxləri və böyükləri adətən uzun bığ saxlayırlar. Nemətullahi təriqətinin ardıcılları xüsusi geyim və həyat tərzi ilə seçilməyi xoşlamırlar, öz əllərinin zəhməti ilə dolanır, normal şəkildə cəmiyyət həyatında iştirak edirlər. Son illərdə İran İslam Respublikası hökuməti ilə nemətullahi təriqətinin ardıcılları arasında gərginlik yaranmış və təriqət başçıları bəzi məhdudiyyətlərlə üzləşmişlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.