Diri baba ziyarətgahının tarixi ilə bağlı nə məlumdur?

/ Çərşənbə axşamı, 26 Yanvar 2021 11:05
Diri baba ziyarətgahının tarixi ilə bağlı nə məlumdur?

Oxucu sual verir: Diri baba ziyarətgahının tarixi ilə bağlı nə məlumdur?

Diri baba türbəsi Qobustan rayonu ərazisində, Qobustan şəhərinin yaxınlığında yerləşir. (Əvvəllər bura Şamaxı rayonunun Mərəzə qəsəbəsi adlanırdı). Bu türbə yüksəkliyin qoynunda, son dərəcə maraqlı bir relyefdə tikilib. Türbənin binası ilə dağlıq ərazi bir-birini tamamlayır. Tikilinin üstündəki kitabədən məlum olur ki, onun inşası 1402-ci ildə tamamlanmışdır. Diri baba türbəsi iki mərtəbəli quruluşa malikdir. Deyilənlərə görə, burada Baba adlı bir tərki-dünya sufi yaşamış və ibadət etmişdir. O, Quran oxuyarkən dünyasını dəyişmiş və cəsədi bu vəziyyətdə qalaraq diri olması təsəvvürünü yaratmışdı. Hətta bəzi səyyahlar uzun müddət sonra bu türbəni ziyarət edərkən iddia etmişlər ki, Diri baba üzü qibləyə sarı oturmuş vəziyyətdə qalıb və bədəni qətiyyən çürüməyibmiş. Bu məlumatların əfsanə olması da mümkündür. Məlum olan budur ki, bu türbədə o dövrün görkəmli sufilərindən bir dəfn edilib.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.