Bəzi heyvan növlərinin guya günahkar insanların onlara dönməsi nəticəsində yaranması doğrudurmu?

/ Cümə axşamı, 28 Yanvar 2021 11:22
Bəzi heyvan növlərinin guya günahkar insanların onlara dönməsi nəticəsində yaranması doğrudurmu?

Oxucu sual verir: Bəzi heyvan növlərinin guya günahkar insanların onlara dönməsi nəticəsində yaranması doğrudurmu?

Bəzi şəxslər elə düşünürlər ki, müəyyən heyvan növləri insanların onlara çevrilməsi nəticəsində yaranıb. Qurani-Kərimdə həqiqətən, günahkar dəstələrin Allah-Taala tərəfindən heyvana çevrilməsi (məsx olması) barədə ayələr vardır. Lakin həmin ayələri bu şəkildə izah etmək düzgün deyil. Hər bir canlı növü Allah tərəfindən olduğu şəkildə yaradılıb. Heç bir heyvan növü insanın çevrilməsi nəticəsində ortaya çıxmayıb. Quranda məsx ayələrində söhbət gedən meymun, donuz kimi heyvan növləri əvvəldən bu şəkildə yaradılıblar. Onların cildinə düşənlər isə insanların içində günahkar və azğın olan məhdud sayda dəstələr idi. Yəni bir dəstə insan Allahın qəzəbinə düçar olaraq bu ağır cəzaya layiq görüldü. Hədislərə əsasən, həmin məsx olmuş insanlar qısa müddət ərzində ölüb getmişlər. Bəzi heyvan növlərinin guya bütünlükdə insanların çevrilməsi nəticəsində meydana çıxması və buna görə ətlərinin haram olması barədə deyilənlər həqiqətə uyğun deyil.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.