Hansı günlərdə müstəhəb oruc tutmaq daha çox bəyənilir?

/ Çərşənbə, 03 Fevral 2021 11:59
Hansı günlərdə müstəhəb oruc tutmaq daha çox bəyənilir?

Oxucu sual verir: Hansı günlərdə müstəhəb oruc tutmaq daha çox bəyənilir?

Mübarək Ramazan ayının vacib orucundan əlavə, ilin hər hansı günündə müstəhəb niyyətlə oruc tutmaq bəyəniləndir. Yalnız Qurban və Fitr bayramı günlərində oruc tutmaq günahdır. İlin bəzi günlərində oruc tutmağın isə xüsusilə çox savabı vardır. Məsələn, hər hicri ayın (müsəlman təqvimi ilə) orta günlərində, yəni 13-cü, 14-cü və 15-ci günlərində, hər ayın ilk və son cümə axşamı günündə, hər ayın 10-dan sonra ilk çərşənbə günündə oruc tutmaq savabdır. Rəcəb və şaban aylarını bütöv şəkildə oruclu olmağın xüsusi savabı var. Əgər bu mümkün olmasa, həmin iki ayın bir neçə günündə, heç olmazsa, bir günündə oruc tutmaq bəyənilir. Zilhiccə ayının ilk 9 günündə, Qədir-Xüm (18 zilhiccə), Novruz, Məbəs (27 rəcəb) bayramlarında, mübahilə günündə (24 zilhiccə), Peyğəmbərin mövlud günündə (17 rəbiül-əvvəl) oruclu olmaq müstəhəb sayılır. Bunlardan başqa bəzi müstəhəb oruc günləri də vardır ki, onların barəsində şəriət kitablarında (risalədə) məlumat verilir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.