Atəşpərəstlər əhli-kitaba aiddirmi?

/ Cümə, 05 Fevral 2021 11:11
Atəşpərəstlər əhli-kitaba aiddirmi?

Oxucu sual verir: Atəşpərəstlər əhli-kitaba aiddirmi?

Bu mövzuda müsəlman alimləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbində klassik dövr alimlərinin əksəriyyəti atəşpərəstləri (məcusiləri) əhli-kitabdan saymamışlar, lakin İmam Şafii onları əhli-kitab hesab etmişdir. Cəfəri məzhəbinə əsasən, keçmiş alimlərin əksəriyyəti əhli-kitab anlayışına atəşpərəstləri aid etmirdi. Son dövr müctəhidlərin bir qismi isə fərqli istiqamətdə fətva vermişlər. Hazırda şiə aləmində böyük nüfuz sahibi olan mərceyi-təqlidlərin bir neçəsi, o cümlədən, Ayətullahül-üzma Seyyid Əli Sistani, Seyid Əli Xameneyi və Nasir Məkarim Şirazi atəşpərəstləri əhli-kitab qismindən hesab edirlər. Bu mövqeyi müdafiə edənlər Həzrət Peyğəmbərin (s) atəşpərəstlərdən cizyə aldığı və onları əhli-kitabdan saydığı barədə hədislərə istinas edirlər. Cəfəri məzhəbinin hədis mənbələrindən olan “Vəsailüş-şiə” kitabında Peyğəmbərə (s) istinadən verilmiş hədisdə o həzrətin məcusilərdən cizyə aldığı, məcusilərə vaxtilə peyğəmbər göndərildiyi, həmin peyğəmbəri öldürdükləri, ona nazil olmuş, 12 min inək dərisinin üzərində yazılmış kitabı isə yandırdıqları deyilir (Vəsailüş-şiə, 15-ci cild, səh. 126, hədis 20131).

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.