Səfəvilərdən əvvəl şiə dövləti olubmu?

/ Çərşənbə axşamı, 16 Fevral 2021 12:38
Səfəvilərdən əvvəl şiə dövləti olubmu?

Oxucu sual verir: Səfəvilərdən əvvəl şiə dövləti olubmu?

Bir çoxlarının düşündüyünün tam əksinə olaraq, müsəlman Şərqində Səfəvilərdən əvvəl də şiə dövlətləri olmuşdur. Müxtəlif zamanlarda şiəliyin əsasən cəfəri və zeydi qoluna mənsub olanlar fərqli bölgələrdə öz hakimiyyətlərini qurmuşlar. Bu şiə dövlətləri adətən qısa zaman müddətində mövcud olmuş, daha güclü dövlətlər tərəfindən istila edilmişdir. Səfəvi dövləti həm mövcudluq müddətinin uzun olmasına, həm də ərazisinin nəhəng olmasına görə bunların hamısından fərqləndiyi üçün daha məşhurdur. Müsəlman torpaqlarında hakimiyyət sürmüş şiə sülalələrinə misal olaraq, İdrisilər və Fatimiləri (Şimali Afrika), Həmdanilər, Bəridilər və Büveyhiləri (İraq, Şam və İran), Sərbedarları (Xorasan), Mərəşiləri (Mazandaran), Təbəristan və Yəmən zeydilərini, Qaraqoyunluları misal göstərmək olar. Bu sülalələrin sayı 20-yə yaxındır. Bundan başqa, ayrı-ayrı hökmdarlar da şiə məzhəbinə inam bəsləmişlər (məsələn, Elxani hökmdarı Ölcaytu, Cəlairi hökmdarı Sultan Üveys və b.).

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.