Zarafat etmək müsəlman əxlaqına uyğundurmu?

/ Cümə, 19 Fevral 2021 12:05
Zarafat etmək müsəlman əxlaqına uyğundurmu?

Oxucu sual verir: Zarafat etmək müsəlman əxlaqına uyğundurmu?

Zarafat insanın təbii psixoloji ehtiyaclarından biridir. İslam dini müsəlmanın zarafat etməsini qadağan etmir. Əksinə, dinimiz cəmiyyət tərəfindən sevilən, gülərüz, hamı ilə dil tapmağı bacaran müsəlman obrazını təbliğ edir. Tarixi mənbələrdən məlumdur ki, müqəddəslərimiz də zarafat etmişlər. Lakin zarafatın bəzi meyarları vardır. Əvvəla, zarafat insan həyatının mənasına dönməməlidir. İnsan lazım gələndə zarafat etməyi bacardığı kimi, lazım gələndə ciddi olmağı da bacarmalıdır. Lağlağı, gününü zarafatla keçirən adamın cəmiyyətdə də hörməti olmaz. İkincisi, zarafatda həddi keçmək günahdır. Əgər zarafat başqasının təhqir olmasına, aşağılanmasına gətirib-çıxararsa, dinimiz bunu qətiyyən bəyənmir. İnsanların heysiyyatı və abrı hər bir zarafatdan üstündür. Üşüncüsü, zarafat edən zaman şəraiti və qarşı tərəfin xasiyyətini nəzərə almaq lazımdır. Özündən yaşca çox böyük, xasiyyətcə ciddi və qaraqabaq insanlarla zarafat etmək bəyənilmir, onlarla zarafat edərkən xüsusilə diqqətli olmaq lazımdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.