Böyük qeybət və kiçik qeybət dövrü nə deməkdir?

/ Şənbə, 20 Fevral 2021 11:25
Böyük qeybət və kiçik qeybət dövrü nə deməkdir?

Oxucu sual verir: Böyük qeybət və kiçik qeybət dövrü nə deməkdir?

Burada “qeybət” sözü qeyb olmaq, ortada olmamaq, gözlərdən gizli qalmaq mənasını verir. On ikinci imam Həzrət Mehdinin (ə) qeyb dövrünü iki mərhələyə bölürlər: kiçik qeybət və böyük qeybət. Kiçik qeybət mərhələsi miladi 874-cü ildən 941-ci ilə kimi davam etmişdir. Bu müddətdə Həzrət Mehdi (ə) müsəlmanlarla 4 nəfər naib vasitəsilə əlaqə saxlayırdı. Bir-birini əvəz edən bu naiblər İmamla şəxsən görüşür, insanların sual və istəklərini Ona təqdim edir, Onun yazılı və şifahi cavablarını ünvana çatdırırdılar. 941-ci ildə dördüncü naibin vəfat etməsi ilə kiçik qeybət dövrü başa çatdı və böyük qeybət mərhələsi başlandı. Böyük qeybət dövründə İmam Mehdinin (ə) xüsusi təyin edilmiş naibləri yoxdur. Bu mərhələ indi də davam edir və İmam Mehdinin (ə) zühuru ilə başa çatacaq. Böyük qeybət dövründə müctəhidlər İmamın ümumi nümayəndəsi sayılırlar, onlar dinin hökmlərini mövcud mənbələr və sübutlar əsasında insanlara açıqlayırlar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.